Sauber komandası təqdimat tarixini təsdiq edib

Sauber komandasının mətbuat xidməti yeni maşının təqdimat tarixini təsdiq edib. Dekabrın əvvəlində xəbər verildiyi kimi, yeni maşın jurnalitslərə Valensiyada yanvarın […]

Sauber komandasının mətbuat xidməti yeni maşının təqdimat tarixini təsdiq edib. Dekabrın əvvəlində xəbər verildiyi kimi, yeni maşın jurnalitslərə Valensiyada yanvarın 31-də göstəriləcək – səhəri gün isə rəsmi mövsümöncəsi testlər başlayacaq.

Komanda təqdimat mərasimi üçün avtodromu bir neçə saatlığa icarəyə götürüb. Sürücülər yerli vaxtla saat 11:15-də C30-un üzərindən pərdəni açacaqlar, 15 dəqiqədən sonra isə komanda rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçiriləcək, nahardan sonra yeni maşının trasda akreditasiya olunmuş teleşirkətlər üçün bir neçə dövrə vurması gözlənilir.

Bundan sonra isə avtodromda Lotus Renault komandasının təqdimatı, fevralın 1-də isə Scuderia Toro Rosso-nin təqdimatı planlaşdırılıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*