S.Peres: “Ən gözəl yarışım idi”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Bakıda karyerasının ən gözəl yarışını keçirib.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışa 8-ci yerdən başlasa da, səhv etməyib və təhlükəsizlik maşınından sonra Fetteli geridə qoyaraq, 3-cü olub.

Serxio Peres: “Bakıdakı ilk yarışda podiuma yüksəlmişdim və 2 il sonra yenidən burada olduğum üçün xoşbəxtəm. Sözün açığı, nə deyəcəyimi bilmirəm. Bəlkə də karyeramın ən gözəl dövrələrini vurdum. Podiuma yüksəlmək gözəl idi. Soyuq təkərlərlə Fettelin arxasında olmaq çətin olsa da, hücum şansım oldu və bundan istifadə etdim. SuperSoft təkərlərlə Rəykköneni keçmək istəyirdim və arxamdan da Fettelin hücumlarını dəf etməli idim. Son iki dövrə çətin idi, amma bacardığımız üçün xoşbəxtəm. Komandaya çox təşəkkür edirəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*