S.Ojye: Səhvsiz həftəsonu keçirdik

Toyota komandasının sürücüsü Sebasteyn Ojye Meksikada qazandığı növbəti ralliyə görə sevinclidir.

F-1.xatırladır ki, fransalı sürücü Meksika Rallisində mükəmməl performans göstərib və Mexikoda 7-ci dəfə qələbəyə sevinib.

Sebasteyn Ojye: “Bu əla hissdir. Mübarizə həmişə sıx olduğu üçün belə uğur qazanmaq həmişə çətin olur. Daha sonra finiş xəttini keçirisini və yorğun olduğunuz üçün hər şey sizə daha az təsir edir. Buna baxmayaraq çox xoşbəxtəm.

Buraya gələndə qəti hədəfimiz Rallidə qalib gəlmək idi. Yaxşı temp və idarəetmə ilə səhvsiz həftəsonu keçirdik. Bonus etapından maksimum xal qazandım. Bundan artığını istəyə bilməzdim. Çox xoşbəxtəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*