Sebastyen Ojye rekordu özünə qaytarıb

Dünya Ralli Çempionatı (WRC) Monte Karlonun qarlı yollarında ilk mərhələ ilə mövsümə start verib. Bazar günü sürücülər 4 dopla mübarizəyə yekun vurublar.

F-1.az xəbər verir ki, Toyota-nın əfsanəvi sürücüsü Sebastyen Ojye bu dəfə də gənc rəqiblərindən üstün olaraq knyazlıqda rekord sayda – 9-cu qələbəsini qazanıb. Keçən il son dopda qələbəni adaşı Löbə əldən verməklə, həmyerlisinə ona statistikada çatmağa da səbəb olmuşdu. Bu dəfə Löb yox idi və 8 qat dünya çempionu mövsümə qələbə ilə başlayıb.

Xatırladım ki, karyerasını başa vurmuş sürücü mövsümdə bəzi yarışların startına çıxır, amma hələ də barıt qabında vəziyyətin pis olmadığı nümayiş etdirir. Əlavə edim ki, Ojye bu dəfə yeni şturmanı ilə – Vinsent Lande ilə yarışıb.

Sonuncu dünya çempionu Kalle Rovanpera komanda yoldaşının ən yaxın təqibçisi olub. Şənbə gününü Oyjenin 16 saniyə arxasında başa vuran ən gənc dünya çempionunun bu gün fərqi azaltmaq cəhdləri uğursuz olub. İki dopda Kalle birinci olsa da, digər iki dopda Seb hamını qabaqlayıb. Amma Kalle bonus xalların verildiyi sonuncu dopda qələbə qazandığı üçün itkiləri kompensasiya edə bilib.

Podiumun son pilləsində isə Hyundai-dən Tyerri Növill qalxıb. Belçikalı sürücü Toyota-nın liderlərinə çata bilməsə də, builki mübarizənin də məhz onunla Kalle arasında gedəcəyi mesajını aydın verib. Rallinin 18 dopundan yalnız 2-də birinci olan Hyundai-yə hər iki qələbəni məhz Tyerri qazandırıb.

Britaniyalı Elfin Evans cümə günü təkəri partladığı üçün 40 saniyə itirməsə idi, podiumu tamamlaya bilərdi, onda bütün podium tarixdə 3-cü dəfə tam Toyota-nın olardı. Bütün ralli boyu Ford-un sükan problemləri ilə mübarizə aparan Ott Tənak mövsümün ilk yarışını 5-ci yerdə başa vurub. Toyota-nın starta çıxan sonuncu 4-cü maşını Takamoto Katsuta ilk altılığı tamamlayıb.

İlk mərhələdə sonra Sebastyen Ojye 27 xalla (25 + 2 xal bonus) çempionatda liderlik edir. Kalla Rovanperanın aktivində 23 xalı (18 + 5 xal bonus) var.

Mövsümün 2-ci yarışı fevralın əvvəlində qarlı İsveç yollarında keçiriləcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*