Ş.Lekler: Fetteldən çox şey öyrəndim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Sebastyan Fetteldən çox şey öyrənib.

F-1.az xatırladır ki, iki sürücü 2019-2020-ci illərdə Ferrari komandasında birlikdə yarışmışdı. Almaniyalı pilot ilin sonunda təqaüdə çıxacaq.

Şarl Lekler: “Onunla hələ də danışırıq. Düzdür, hər həftə bir-birimizə mesaj yazmırıq, amma vacib hadisə olanda danışırıq. Hamımız onun üçün darıxacağıq. Sebastyan mehriban insandır.

Paddokdakı ən çalışqan sürücüdür. Alfa Romeo-dan Ferrari-yə gələndə səhər tezdən bazaya getdim. Lakin o məndən saatyarım əvvəl gəlmişdi. Buna görə mən də lap tesdəndən bazaya getməyə başadım və ən gec çıxırdım.

Amma bunu ilk dəfə eşidəndə demişdim ki, “nəyə lazımdır belə tez getmək? Bu ona nə verir?” Lakin təcrübə qazandıqca gördüm ki, onun hiss etdiyi çox xırdalıqlar var. Bunlar məndə fərq yaratdı.

Ondan çox şey öyrəndim. Karyeramın o mərhələsində bu vacib idi. Hələ gənc idim və Sebastyan kimi peşəkarla işləmək mənə faydalı oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*