23 Yanvar 2019, Çərşənbə - 15:41

S.Fettel: “Ən sürətli komanda Mercedes-dir”

S.Fettel: “Ən sürətli komanda Mercedes-dir”

Müəllif: Rauf Hacıyev, redaktor

19:04 - 28 Mart, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes çox öndədir.

F-1.az xatırladır ki, Həmilton sıralanma turunda 0.6 saniyə fərqlə poul qazansa da, Fettel virtual təhlükısizlik maşınının köməyi ilə Avstraliyada qələbə qazanmışdı.

Sebastyan Fettel: “Bu il keçən ilə nisbətən fərqlidir. Bu il xoşbəxt olmağımız üçün səbəb yox idi.

Yarışdan əvvəl bütün strategiyaları nəzərdən keçirdik. Bir yön seçməli idik, çünki cümə günü işlər mənim üçün qaydasında deyildi və Kimidən geridə idim. Lyuis bizdən sürətli olsa da, yaxşı işlədik. Soft təkərlərdə bolidin balansı daha yaxşı idi. Ümumilikdə əla yarış keçirdik. Sıralanma turundan sonra ümidimiz yox idi və 0.3-0.4 saniyə geridə olduğumuzu bilirdik. Yarışda da 0.1-0.2 saniyə sürətli idilər. Amma mübarizənin içində qala bildik. Kimi birinci pit-stopa qədər sürətli idi.

Yarışın startı normal keçdi. Daha sonra təkər problemi yaşadığım üçün geridə qaldım. Virtual təhlükəsizlik maşını bizə uğur gətirdi. Tempimiz yaxşı olsa da, qələbə üçün yetərli deyildi. Mercedes ən güclü komandadır. Red Bull və Ferrari isə bir-birinə yaxındırlar. Bəhreynə yeniliklərlə gedəcəyik. Ümid edirəm ki, yeniliklər hesabına Mercedes-ə yaxınlaşarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər , , , ,
Paylaş

logo