R.Şumaher Stefan GP ilə danışıqlar aparır?

Ralf Şumaher bu yaxınlarda daha bir dəfə bildirmişdi ki, Formula1-dən birdəfəlik gedib. Amma son ayın hadisələri, xüsusən də, Mixael Şumaherin […]

Ralf Şumaher bu yaxınlarda daha bir dəfə bildirmişdi ki, Formula1-dən birdəfəlik gedib. Amma son ayın hadisələri, xüsusən də, Mixael Şumaherin Formula1-ə qayıtması ətrafında ajiotajın yaranması, alman sürücünün fikrini dəyişib. Focus jurnalının yaydığı xəbərə görə, Ralf Zoran Stefanoviçlə danışıqlar aparıb…

Formula1-də altı qələbə qazanmış Ralf son iki ili DTM seriyasında keçirib, amma yaddaqalan yarış göstərə bilməyib. Ralfın hazırda 34 yaşı var və onun təcrübəsi bir çox komandalara, xüsusən də debütantlara gərək ola bilər. Nəzərə alsaq ki, Stefan GP komandası texniki cəhətdən faktiki olaraq Toyota-nın sələfidir – məhz bu komandada Ralf 2005-2007-ci illərdə çıxış edib – belə bir seçim məntiqi görünür.

Serb komandasına gəlincə, onun gələcəyi hələ də aydın deyil. Belqradda Formula1-də artıq 2010-cu ildə debüt etmək arzusunda olduqlarını gizlətmirlər və məhz buna da hazırlaşırlar. Hətta mühəndislərin hazırladıqları maşın FİA-nın krəş testindən də keçib. Amma federasiya Stefan GP-nin çempionatın startına buraxılması barədə heç bir məlumat verməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*