23 Sentyabr 2019, Bazar ertəsi - 22:27

R.Qrojan təsdiq olunub!

R.Qrojan təsdiq olunub!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:27 - 20 Dekabr, 2011

Lotus Renault GP komandası (gələn ildən Lotus) Roman Qrojanla müqaviləsini təsdiq edib – gələn il gənc fransalı sürücü Kimi Rəykkönenin […]

Lotus Renault GP komandası (gələn ildən Lotus) Roman Qrojanla müqaviləsini təsdiq edib – gələn il gənc fransalı sürücü Kimi Rəykkönenin komanda yoldaşı olacaq. Müqavilə Total şirkətinin sponsor dəstəyi ilə imzalanıb…

Jerar Lopes, komandanın həmsahibi: “Mən keçən həftə komandanın yeni dövrünün başlanmasını demişdim. Qrojanın Kimiyə gələn il yoldaşlıq etməsi komanda üçün əla xəbərdir, çünki komanda zirvəyə qayıtmağa köklənib.”

Erik bulye, komandanın başçısı: “Mən şadam ki, gələn il Roman Kimiyə yoldaşlıq edəcək. Son bir ildə Roman özünü perspektiv sürücü kimi göstərib, GP2 seriyasında titul qazanıb və komandanın ehtiyat sürücüsü kimi çalışıb – Abu Dabi və Braziliyada sərbəst yürüşlərdə çox yaxşı təəssürat yaratmışdı. Biz əminik ki, Qrojanla müqavilə bağlamaqla komanda düzgün addım atıb. Mən Vitaliy Petrov və Bruno Sennaya komandaya verdikləri töhvəyə görə minnətdarlıq edirəm bə gələcək işlərində uğurlar arzulayıram.”

Roman Qrojan: “Mən çox həyəcanlıyam, inana bilmirəm ki, gələn il komandanın əsas sürücülərindən biri olacam. Tezliklə sükan arxasında oturmağı səbirsizliklə gözləyirəm. Dünya çempionu ilə bir komandada çıxış etmək mənim səviyyəmi artıracaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 304
Teqlər
Paylaş

logo