19 İyun 2019, Çərşənbə - 11:39

R.Qrojan – planlı debüt

R.Qrojan – planlı debüt

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:42 - 04 Avqust, 2009

Dünən axşam Nelsinyo Pikenin Renault komandasını tərk etməsi xəbəri yayılıb. Komanda hələ rəsmi mətbuat relizi göndərməsə də, məlumdur ki, Fernando […]

Dünən axşam Nelsinyo Pikenin Renault komandasını tərk etməsi xəbəri yayılıb. Komanda hələ rəsmi mətbuat relizi göndərməsə də, məlumdur ki, Fernando Alonsonun mövsümün qalan yarışlarında komanda yoldaşı Fransa lisenziyası ilə çıxış edən isveçrəli sürücü Roman Qrojan olacaq.

Qrojan Pikeni əvəz etməsi barədə şayiələr çoxdan gəzirdi, amma son həftələrdə bu söhbətlər lap çoxalmışdı. Komanda sürücüləri Hunqarorinqdə dəyişmək istəyirdi, amma GP2-nin Nürburqrinq mərhələsində Romanın zəif çıxışı onun Formula1-də dbütünü bir yarış ləngitdi. Komanda isə Macarıstanda Pikeyə Alonso ilə bərabər şərait yaratmağa üstünlük verməklə, Nelsinyonun əleyhinə qərar qəbul etməyə əminliyi artırdı.

Qrojan keçən ilin Renault F1 komandasının əsas sürücüsü ola bilərdi, amma isveçrəli sürücüyə GP2 seriyasının qalib olmaq şansı verildi. 2008-ci ildə Roman GP2 Asia-da titul qazanmışdı, amma əsas çempionatda ilk mərhələlərdən liderlik etsə də mövsümün son yarışlarında titulu əldən verdi. Bu il vəziyyət hələlik yenə təkrar olunur, Qrojan ilk mərhələlərdə iki qələbə qazanaraq liderliyi ələ alsa da, Nürburqrinqdə liderliyi Villi Veberin yetirməsi Niko Hülkenberqə verib.

Mövsümöncəsi testlərdə Qrojan Renault-nun test sürücüsü kimi 3 gün işləyib, amma yeni maşınla keçən həftə düz yollarda aerodinamik testlərdə yaxından tanış olub. Onun cəmi 23 yaşı var. Növbəti yarışda debüt etməklə, Roman çempionatda ikinci isveçrəli sürücü olacaq (Sebastyen Buemi ilə yanaşı) və Fransa lisenziyası altında çıxış edən sürücülərin estafetini Sebastyen Burdedən qəbul edəcək.

Hərçənd, rəsmi bəyanatı gözləyək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər
Paylaş

logo