R.Qrojan Pikenin yerini tutmağa hazırdır

Roman Qrojan Renault R29-un sükanı arxasında Nelsinyo Pikeni artıq Valensiyada əvəz etməyə hazırdır, amma bunun üçün komanda gələn həftə apelyasiya […]

Roman Qrojan Renault R29-un sükanı arxasında Nelsinyo Pikeni artıq Valensiyada əvəz etməyə hazırdır, amma bunun üçün komanda gələn həftə apelyasiya məhkəməsində qalib gəlməli və Avropa Qran Prisinin startına buraxılmalıdır. Apelyasiya məhkəməsi avqustun 17-də Parisdə toplaşacaq, amma məhkəmənin nəticəsi avqustun 18-də elan olunacaq. Renault qarşıdakı yarışa planlarını müəyyən edə bilməsə də, artıq məlumdur ki, Pike komandadan xaric edilib.

Əgər komanda məhkəmədə qalib gələ bilməsə, onda Qrojan Valensiyada GP2-nin növbəti mərhələsinin startına çıxacaq, çempionatda o hələlik yalnız Niko Hülkenberqə uduzur. Əgər komandaya tətbiq olunmuş cərimə ləğv edilərsə və ya yüngüllşədirilərsə, məsələn, böyük məbləğdə cərimə ödməklə, onda Qrojan Fernando Alonsonun komanda yoldaşı kimi Qran Pridə start alacaq.

Britaniyanın Autosport saytının məlumatına görə, isveçrəli gənc sürücü bu yaxınlarda Renault-nun Ənstounda bazasında olub, oturacağın ölçüləri götürülüb, sürücü start və pit-stop prosedurlarını məşq edib və düz yolda testlər keçirib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*