R.Qrojan Lotus Renault GP-nin üçüncü sürücüsü olacaq?

Fransanın TF1 telekanalının şərhçisi Kristof Malbrankın fikrincə, Roman Qrojan Lotus Renault GP komandasının üçüncü sürücüsü ola bilər. Keçən bazar Roman […]

Fransanın TF1 telekanalının şərhçisi Kristof Malbrankın fikrincə, Roman Qrojan Lotus Renault GP komandasının üçüncü sürücüsü ola bilər.

Keçən bazar Roman buzlu Trophee Andros seriyasında ilk qələbəsini qazanıb. Xatırladaq ki, sentyabr ayında gənc sürücü Jerar Lopesə məxsus olan Gravity Sport Management komandası ilə müqavilə bağlayıb.

2009-cu ildə Qrojan Renault komandasında Nelsinyo Pikeni mövsümün ortasından əvəz etmişdi, amma karyerasını davam etdirə bilmədi. Keçən il müxtəlif yarışlarda iştrak edib, FİA GT çempionatında iki qələbə qazanıb, yeni Auto GP seriyasında isə titul qazanıb. Bundan başqa Qrojan Pirelli şirkətinin testlərində işləyib, bu yaxınlarda isə DTM seriyasında Audi komandasının seçimlərində iştirak edib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*