17 Dekabr 2018, Bazar ertəsi - 07:37

V.Bottas cəzaya görə təəccüblənib

V.Bottas cəzaya görə təəccüblənib

Müəllif: Rauf Hacıyev, redaktor

13:48 - 04 Aprel, 2016

Williams komandasının sürücüsü Valtteri Bottas aldığı pitdən keçmə cəzasına görə təəccübləndiyini bildirib…

F-1.az xatırladır ki, Valtteri Bottas yarışın startında Lyuis Həmiltonla təmas yaşayıb. Yarışın stüardları bu insidentdə Bottası günahkar kimi görərək pitdən keçmə cəzası veriblər. Finlandıyalı sürücü cəza verilənə qədər yarışda 3-cü yerdə idi, amma cəzadan sonra sonuncu yerə düşsə də, finişdə 9-cu yeri tuta bilib.

Valtteri Bottas: “Düzünü desəm, onu keçmək istəyirdim. Mən arxamdakı bolidlərə fokuslanmışdım və çalışırdım ki, mənə daxili və xarici trayektoriyalardan hücum eləməsinlər. Ona görə də əyləcə gec basmalı idim.

Əvvəllər də başıma gəlib. Ehtiyatlı hərəkət edəndə biri məni sağdan, digəri də soldan keçir. Mən düşünürəm ki, onlar məni orada gözləmirdilər.

Bu pis oldu. Bugünkü yarışım məhv oldu və Lyuis üçün də pis oldu.

Sözün düzü, cəzaya görə bir az təəccübləndim, ancaq bu mənim səhvim deyildi. Səhvimi boynuma almağım üçün insidenti araşdırmalıyam”.

Yarışı 8-ci yerdə bitirən Felipe Massa da yarış barədə fikirlərini bildirib: “Yarışa yaxşı başladım. Yeddinci yerdən ikinci yerə yüksəldim, amma iki pit stoplu strategiya yaxşı işləmədi. Medium təkərlərə keçməklə səhv etdik.

Aldığımız starta baxanda, pis nəticədir. Bu həftəsonundan dərs çıxarmalıyıq və Çində yaxşı nəticələr almalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 368
Teqlər , , ,
Paylaş

logo