R.Qrojan Haydfeldi əvəz edəcək?

Şayiələr gəzir ki, Roman Qrojan Lotus Renault GP komandasında Nik Haydfeldi əvəz etməklə Formula1-ə qayıda bilər. Komandanın rəhbərliyi Nikin çıxışlarından […]

Şayiələr gəzir ki, Roman Qrojan Lotus Renault GP komandasında Nik Haydfeldi əvəz etməklə Formula1-ə qayıda bilər.

Komandanın rəhbərliyi Nikin çıxışlarından razı deyil, Qrojanın namizədliyi isə həm də ona görə maraqlıdır ki, fransalı sürücü ilə müqavilə Fransa və İsveçrə sponsorlarını cəlb edə bilər, amma Haydfeldin reklam potensialı elə də böyük deyil – Almaniyanın şirkətləri onun daha uğurlu həmyerlilərini dəstəkləyirlər.

Söhbət gələn mövsümdən gedir, amma testlərə qadağanı nəzərə alsaq, Qrojan artıq bu mövsüm sükan arxasına keçə bilər ki, 2012-ci ilə maksimum yaxşı formada başlasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*