Robbi Vilyams Melburnda çıxış edəcək

Britaniyalı müğənni Robbi Vilyams Avtsraliya Qran Prisi günlərində Melburnda çıxış edəcək.

F-1.az xəbər verir ki, onun konserti şənbə günü elə Albert Parkdakı Leyksayd stadionunda baş tutacaq.

Qeyd edək ki, bu, Vilyamsın dünya qastrol turu çərçivəsində Avstraliyada baş tutacaq yeganə konsert olacaq. Avstraliya Qran Prisinə bilet alanlar konsertə pulsuz olaraq daxil ola bilməyəcək, lakin biletlərin satışına qədər onları bron edə biləcəklər.

Xatırladaq ki, Robbi Vilyams buna qədər 2014-cü ildə Sinqapur Qran Prisi günlərində konsert proqramı ilə çıxış etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*