R.Kubitsa: “Yenidən podium uğrunda mübarizə aparmaq xoşdur”

Belçikada BMW Sauber komandası doqquz xal qazana bilib – mövsümün ilk on bir yarışında da komanda məhz bu qədər xal […]

Belçikada BMW Sauber komandası doqquz xal qazana bilib – mövsümün ilk on bir yarışında da komanda məhz bu qədər xal toplamışdı. Komandanın hər iki sürücüsü podium uğrunda mübarizə aparıb, amma hər ikisi bu mübarizədə Sebastyan Fettelə uduzub. Sıralanma turunda Robert Kubitsa Nik Haydfeldə uduzsa da, yarışda onu qabaqlaya bilib…

Robert Kubitsa: “Mən pis start almadım və birinci döngədən sonra artıq ikinci idim, amma Eau Rouge-dan sonra Kimi Rəykköneni yanımda görəndə təəccübləndim. Beşinci döngədə o əəyləci gec basdı və trasdan çıxdı, amma dərhal geri qayıtdı və mən az qala arxadan ona çırpılacaqdım. Mən əyləci basdım və hücuma risk etməməyi qərara aldım.

Bəzən maşına sürət çatmırdı, amma yenidən podium uğrunda mübarizə aparmaq xoşdur. Təəssüf ki, bu gün biz podium qazana bilmədik, amma bugünkü nəticələr göstərir ki, biz asfalta yatma qüvvəsinin aşağı səviyyəsini tələb edən traslarda rəqabətədavamlıyıq, bu isə Monsada da bizə lazım olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*