17 Oktyabr 2019, Cümə axşamı - 10:35

R.Kubitsa yenə sükan arxasına oturub

R.Kubitsa yenə sükan arxasına oturub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:38 - 12 Aprel, 2012

Bu il Robert Kubitsa artıq bir neçə dəfə sükan arxasına oturub – ciddi qəzadan sonra keçirdiyi bərpa prosesinin ayrılmaz bir […]

Bu il Robert Kubitsa artıq bir neçə dəfə sükan arxasına oturub – ciddi qəzadan sonra keçirdiyi bərpa prosesinin ayrılmaz bir hissəsi kimi həkimlər hər dəfə müəyyən əzələ qrupunun işləməsini öyrəniblər. Keçən şənbə günü polşalı sürücü Renault Clio Super 1600-ün sükanı arxasında 40 km məsafə qət edib.

Kapotunun üzərinə inisialları həkk olunmuş maşının testi üçün Robert Liquriya yaxınlığındakı yolu seçib, keçən ilin fevralında qəzaya uğradığı yer burdan elə də uzaq deyil. İtaliya mətbuatında verilən xəbərə görə, bu dəfə hər şey yaxşı keçib, sürücünün və həkimlərin təəssüratları müsbət qiymətləndirilib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 241
Teqlər
Paylaş

logo