R.Kubitsa: “Təəssüf ki, podiumu əldən verdim”

Renault komandası Çin Qran Prisini inamla və stabil keçirib, hər iki maşın mövsümdə ilk dəfə olaraq, finiş görməklə, xal da […]

Renault komandası Çin Qran Prisini inamla və stabil keçirib, hər iki maşın mövsümdə ilk dəfə olaraq, finiş görməklə, xal da qazanıb – komanda Mühəndislər Kubokundakı mövqeyini möhkəmlədib. Robert Kubitsa daha bir uğurlu yarış keçirib, finişdə beşinci olan polşalı sürücü podiumu əldən verdiyinə heyifslənib…

Robert Kubitsa: “Yarış maraqlı alındı və yaxşı ki, biz yenə də xal toplaya bildik. Mən yaxşı start ala bilmədim, bir neçə mövqe itirdim, amma yağış yağmağa başlayanda biz düzgün qərar qəbul etdik, sliklərdə qaldıq və mən üçüncü yerə yüksələ bildim.

Amma yarışın həlledici anında, trasa Təhlükəsizlik Maşının çıxması mənim podium ümidlərimi puç etdi: rəqiblərimizdən xeyli aralanmışdıq, onlar isə bir dəfəyə bizə yaxınlaşdılar… Mən şadam ki, finişdə beşinci oldum, amma podiumu əldən verdiyimə ngörə məyusam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*