McLaren titul sponsoru axtarmır

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, 2018-ci il üçün komandaya titul sponsoru tapa bilməyib.

F-1.az xatırladır ki, Vodafone-la ayrıldıqdan sonra McLaren komandası artıq 5 mövsümdür ki, titul sponsoru olmadan yarışır.

Zek Braun: “Titul sponsoruna ehtiyacımız yoxdur. Ehtiyacımız olan şey güclü ortaqlardır. Formula1-də heç kim komandanın titul sponsoruna baxmır. Buna görə də vacib deyil. Biz McLaren komandasıyıq. ABC McLaren komandası yox. Bu böyük markadır və adını satmaq istəmirik. McLaren kimi davam etmək istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*