22 Avqust 2019, Cümə axşamı - 17:47

Sahara Force İndia F1 Team – VJM06 (video)

Sahara Force İndia F1 Team – VJM06 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:10 - 02 Fevral, 2013

Bu gün Silverstounda Force İndia komandası yeni maşınını təqdim edib. Komanda çoxdan təmtəraqlı mərasimlər keçirmir, bu dəfə də mərasim sadə […]

Bu gün Silverstounda Force İndia komandası yeni maşınını təqdim edib. Komanda çoxdan təmtəraqlı mərasimlər keçirmir, bu dəfə də mərasim sadə keçib, mərasimdən dərhal sonra maşın trasa yollanıb.

Hava yağmurlu olub, jurnalistlərin çoxu isə Maranelloda Ferrari-nin təqdimatına gediblər, VJM06-nın üzərindən pərdəni Pol di Resta tək çəkməli olub – komanda hələ də ikinci sürücüsünü müəyyən etməyib.

Vicey Malya, komandanın başçısı: “Kənardan baxanda adama elə gəlir ki, yeni maşın keçənilkindən heç fərqlənmir, amma biz hər bir detalı yeniləmişik ki, onların effektliyini artıraq. Mən maşının təkamülünü diqqətlə izləyirdim və nailiyyətimizlə fəxr edirəm. İndi bizim əsas məqsədimiz keçən mövsümü baaş vurduğumuz səviyyədə yeni mövsümə başlamaqdır.”

vjm06-2
Bob Förnli, komanda başçısının müavini: “Səhmdarlar hələ sürücü seçimi üzərində düşünürlər, bugünkü təqdimatın məqsədi yeni maşını göstərməkdir və Pol onun əsas elmentidir. Biz iki hadisəni qarışdırmaq istəmirik.

Qarşıdakı mövsümü səbirsizliklə gözləyirik, ümid edirik ki, ciddi uğur qazanacayıq. Yaxın iki ayda gərgin işləyəcəyik ki, Melburna rəqabətədavamlı maşınla gələk və rəqiblərimizlə mübarizə apara bilək.

Keçən il biz mövsümə uğursuz başladıq, indi bu təcrübəni nəzərə almışıq, ona görə də 2013-cü ildə təkrar görməyəcəksiniz. Mövsümün ikinci yarısını biz çox güclü keçirdik və mən ümid edirəm ki, yeni mövsümü də eyni səviyyədə keçirəcəyik. Bunu eləmək asan olmayacaq, amma biz əlimizdən gələni edəcəyik.”

VJM06 komandanın texniki direktor Əndi Qrinin başçılıq etdiyi mütəxəssislər qrupu tərəfindən hazırlanıb…

vjm06-3
Əndi Qrin: “Keçən illə müqayisədə reqlament demək olar ki, dəyişməyib, DDRS sisteminin qadağan olunması isə bizə təsir etməyib. Keçən il mövsümün ortalarından biz yeni maşının hazırlanmasına başladıq – keçənilki maşının müxtəlif traslarda özünü aparması öyrənilib və düzgün nəticələr çıxarmışıq.

VJM06 – tamamilə yeni maşındır, yeni şassidir, bunun müsbət cəhətləri çoxdur.

vjm06-4
Kənardan görünən əsas dəyişiklik, əlbəttə, burunda “pillə”nin olmamasıdır, biz onu qapaqla örtmüşük. Aerodinamika baxımından bu neytral qərardır, xırdalıqdır, amma biz maşını daha gözəl göstərmək imkanından istifadə etməyə şad olduq.

Asılqanlar yeni təkərlərə uyğun yenidən yığılıb, arxa asılqan isə tamamilə fərqlidir – aerodinamik səbəblər üzündən biz onu yuxarı qaldırmışıq ki, hava axını aşağı linklərin altından asan keçsin.”

vjm06-5
Pol di Resta: “Düşünürəm ki, bizi yaxşı mövsüm gözləyir. Qaydalar heç dəyişməyib, yeni maşın keçənilkinin davamıdır. İndi bütün diqqətimiz əsas məqsədi reallaşdırmaqdır: Mühəndislər Kubokunda ilk altılıqdakı yerimizi təsdiq edərək 5-ci yer uğrunda mübarizə aparmaq.

Bizim komanda ortabab komandalar arasında ən güclü olmalıdır. Komandamız stabil nəticələr bütün yarışlarda rəqabətədavamlı olmalıdır. Ümid edirəm ki, Melburnda biz ilk cərgələrdən start alacayıq.”

vjm06-6
Qısa təqdimatdan sonra Pol VJM06-nın sükanı arxasına əyləşib və trasa çıxıb. Komanda maşının əsas sistemlərini yoxlayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 437
Teqlər , , , , , ,
Paylaş

logo