R.Kubitsa: “Bu xallar mənə çox çətin başa gəldi”

Renault komandasının lideri Robert Kubitsa üçün Kanada Qran Prisi asan alınmayıb – bərk təkərlərlə start almasına baxmayaraq polşalı sürücü artıq […]

Renault komandasının lideri Robert Kubitsa üçün Kanada Qran Prisi asan alınmayıb – bərk təkərlərlə start almasına baxmayaraq polşalı sürücü artıq 10-cu dövrədə pit-stopa müraciət etməli olub. Yeganə qələbəsini iki il əvvəl burada qeyd etmiş Robert bu dəfə finişdə yalnız yeddinci olub…

Robert Kubitsa: “Bu qazandığım altı xal mövsümdə ən çətin xallar oldu. Dünən biz sıralanma turunun son hissəsinə bərk təkərlərlə çıxmağı qərara almışdıq və hesab edirik ki, yarışın ilk mərhələsində üstünlük qazanacayıq, amma təəssüf ki, bu belə olmadı. Arxa təkərlər çox sürətlə yeyilirdi, ona görə də erkən pit-stop keçirməli olduq. Amma ikinci hissədə də təkərlər sürətlə yeyilirdi.

Yarış müxtəlif hadisələrlə zəngin oldu. Birinci pitdən sonra Mixaellə, ikinci pitdən əvvəl isə Sutillə gərgin mübarizəmiz oldu. Sutillə sonuncu döngəyə qədər təkər-təkərə mübarizə apardıq, Mən sağda olduğum üçün sürətimi azaltmalı oldum və onun arxasına keçdim ki, pit-leynə daxil olum. Amma Adrian vaxtından əvvəl və sərt əyləci basdı – toqquşmadan qurtulmaq üçün mən onu keçməli oldum.

Yarışın sonunda mən yumşaq təkərlərlə hücuma keçmişdim və Rosberqi keçmək istəyirdim, aramızdakı fərqi minimuma endirsəm də, daha artığına vaxtım qalmadı.

Yarış asan keçmədi, amma mən nikbinliklə gələcəyə baxıram. Bizi Valensiyada yaxşı yarış gözləyir – şəhər trasları bu il bizim maşına uyğun gəlir, müəyyən yeni elementlər isə sürətimizi artırmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*