R.Kubitsa 1000 Miglia yarışında gücünü sınayıb

Qran Prilər arasındakı üçhəftəlik fasilədən sürücülər müxtəlif cür faydalanırlar. Robert Kubitsa Şanxay və Barselona yarışları arasında öz hobbisi üçün vaxt […]

Qran Prilər arasındakı üçhəftəlik fasilədən sürücülər müxtəlif cür faydalanırlar. Robert Kubitsa Şanxay və Barselona yarışları arasında öz hobbisi üçün vaxt tapıb – bu dəfə polşalı sürücü ralli yarışları üzrə Avropa çempionatının təqvimindəki 1000 Miglia asfalt yarışında iştirak edib.

“Milli Milya” adlanan bu yarış əvvəllər əfsanəvi sayılırdı, 1927-ci ildən adi yollarda keçirilən üçgünlük yarışalr idi. Amma yarım əsr əvvəl insan tələfatı ilə nəticələnən ciddi qəzadan sonra “min millik” yarışlar qadağan olunub və indi adi klassik ralli yarışına çevrilib.

Kubitsa starta Renault Clio S1600 ilə çıxıb və artıq birinci gün onun maşınında ötürmələr qutusu imtina edib. Tezniki problemlər üzündən sürücü hər bir sahədə vaxt itirib: nəzarət məntəqələrindən birinə gecikdiyi üçün hətta 2.5 dəqiqə cərimə də qazanıb.

Yarışların ikinci günü Robert üçün nisbətən uğurlu olub və nəticədə o ümumi hesabda 37-ci, çıxış etdiyi А6 sinfində isə 6-cı olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*