Rəsmən: Q.Qrinsmiz WRC2-yə qayıdıb

M-Sport-dan ayrılan Qus Qrinsmiz gələn mövsümdən etibarən WRC2-nin son çempionu Toksport-da çıxış edəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü son 3 mövsümü tamzamanlı olaraq M-Sport-da keçirmiş və 2022-ci ilin sonunda oradan ayrılmalı olmuşdiu. Bundan sonra Qus WRC-də komanda tapa bilməmişdi. Buna görə də 26 yaşlı sürücü WRC2-də son mövsümü çempion kimi bağlamış Toksport-a keçib. Qrinsmizin komanda yoldaşı isə bu il WRC2-yə qayıtmaış başqa sürücü olan Oliver Solberqdir.

Qus Qrinsmiz: “Ford ilə keçirdiyim 8 ildən sonra yeni bir şey sınamalı idim. O da Skoda Fabia RS Rally 2-dir. Builki WRC2 çempionatı son illərə nisbətən rəqabətədavamlı olacaq. Buna görə də Toksport-Skoda ortaqlığından razıyam. Bu il sükan arxasında daha çox oturacağam.

Mövsüm martda Meksika Rallisi ilə başlayacaq və ona qədər testlərə köklənəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*