Rəsmən: Mik Haas-dan ayrılır

Haas komandası bildirib ki, Mik Şumaxer Əbu Dabidə son dəfə onların heyətində yarışacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2020-ci ildə Formula2-də Dünya Çempionu titulunu qazandıqdan sonra Haas komandasına gəlmiş və gözlənilən performansı göstərə bilməmişdi. Əksinə etdiyi qəzalarla komandasını böyük xərclərə salmışdı.

Bütün bunlardan bezən Günter Ştayner təcrübəli pilot istədiyini demişdi. Mikin yerinə ən böyük namizəd Niko Hülkenberqdir.

Günter Ştayner: “Geridə qalan bir neçə ildə komandaya verdiyi qatqısına görə Mikə təşəkkür edirəm. Onun aşağı seriyalardakı uğurları mükəmməl idi və Haas-da yarışdığı dövrlərdə özünü təkmilləşdirdi. Buna görə də bu il ilk xallarını qazandı. Komanda gələn il üçün fərqli yönə getmək istəyir. Mikə isə uğurlar arzu edirik”.

Qeyd edək ki, Formula1-ə 1 il fasilə verib, bu il qayıdan Kevin Maqnussen 25, Mik Şumaxer isə 12 xal toplayıb.

Hazırda almaniyalı sürücü üçün tək seçim Williiams komandası olsa da, Britaniya təmsilçisi böyük ehtimalla Loqan Sercantı seçəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*