Rəsmən: K.Rəykkönen koronavirusa yoluxub

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönenin koronavirus test pozitiv çıxıb.

F-1.az bildirir ki, finlandiyalı sürücünü Zandfortda Robert Kubitsa əvəz edəcək.

FİA bu gün verdiyi açıqlamada Kimi Rəykkönenin testinin pozitiv çıxdığını deyib: “FİA və Alfa Romeo komandası Niderland Qran Prisindən əvvəl Kimi Rəykkönenin PCR testinin pozitiv çıxdığını təsdiqləyir. COVİD-19 protokollarına görə bu həftəsonunun qalanında olmayacaq”.

Alfa Romeo komandası isə bu açıqlamanı verib: “Özünü oteldə təcrid etdi. Komandada kimlə yaxın təmasda olubsa, onlar da yoxlanacaqlar və həftəsonunun qalanında olmayacaq”.

Alfa Romeo komandası bildirib ki, 2007-ci ilin Dünya Çempionunu komandanın rezerv sürücüsü Robert Kubitsa əvəz edəcək. Polşalı sürücü üçüncü sərbəst yürüşlərdə sükan arxasına keçəcək. 34 yaşlı pilot bu il sərbəst yürüşlərdə C41-i dəfələrlə sürdüyü üçün bolidi yaxşı tanıyır. Amma o, Zandfortda ilk dəfə yarışdığı üçün işi çətin olacaq. Rəykkönen 10 gün ərzində sağalmasa, Kubitsa orada da yarışa bilər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*