17 Oktyabr 2019, Cümə axşamı - 09:23

Sürücülər 2016-cı ildə nə qədər qazanacaqlar…

Sürücülər 2016-cı ildə nə qədər qazanacaqlar…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:41 - 30 Yanvar, 2016

İstənilən idman növündə aparıcı idmançıların illik qazancları müzakirə mövzusuna çevrilir. Formula1 də istisna deyil. Dünyanın ən bahalı idman növündə idmançıların da maaşları olduqca yüksəkdir. Düzdür, bu rəqəmlər nisbi xarakter daşıyır, çünki idmançının əsl gəlirini çox dar əhatədə olan insanlar bilirlər.

F-1.az öz növbəsində The Paddock Magazine dərgisinə əsasən, bu il peletonda olacaq sürücülərin qazancları cədvəlini tərtib edib. Xatırladaq ki, nəşrin keçən il dərc etdiyi cədvəldə Fernando Alonso 1-ci sətri tutsa da, bu il onu iki sürücü qabaqlayıb – Sebastyan Fettelin son iki ilin çempionu Lyuis Həmiltonu qabaqlamasında əsas səbəb isə komandanın tətbiq etdiyi bonus sitemidir…

SürücüKomanda

2016-cı ildə gəliri,

milyon dollarla

S.FettelFerrari48.0
L.HəmiltonMercedes AMG41.0
F.AlonsoMcLaren39.0
K.RəykkönenFerrari27.0
N.RosberqMercedes AMG17.0
C.BattonMcLaren13.0
D.RikkardoRed Bull5.0
N.HülkenberqForce İndia4.0
F.MassaWilliams4.0
R.QrojanHaas3.0
V.BottasWilliams3.0
S.PeresForce İndia3.0
P.MaldonadoRenault3.0
E.QutyerresHaas2.0
D.KvyatRed Bull1.0
C.PalmerRenault0.9
M.FerstappenToro Rosso0.7
K.SaynsToro Rosso0.7
M.EriksonSauber0.4
F.NasrSauber0.4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 459
Teqlər , , , ,
Paylaş

logo