Rəsmən: Ferstappen daha 5 il Red Bull-da yarışacaq

Formula1 üzrə sonuncu Dünya Çempionu Maks Ferstappen komandası Red Bull ilə müqaviləsini daha 5 il uzadıb.

F-1.az bildirir ki, hollandiyalı sürücü bu müqavilə ilə Red Bull-da 2028-ci ilə qədər yarışacaq. Bu da Formula1 tarixinin ən uzunmüddətli müqavilələrindən biridir.

Bəzi iddialara görə Ferstappen ilinə 50 milyon avro pul qazanacaq. Əslində bu pulu ödəmək Red Bull üçün problem olmayacaq. Çünki komanda Oracle-dan ilinə 100, Bybit-dən isə 50 milyon dollar alır.

Maks Ferstappen: “Red Bull komandasının bir hissəsi olmaqdan həzz alıram. Buna görə də komandada qalmaq mənim üçün asan oldu. Bu komandanı sevirəm. Keçən il inanılmaz keçmişdi. 2016-cı ildə komandaya gələndə hədəfim çempionluq idi və bunu əldə etdim. İndi isə əsas hədəf bir nömrəli maşını uzun illər sürməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*