Renault motorunu təkmilləşdirəcək

Keçən ilin sonunda Renault komandası növbəti dəfə FİA-ya müraciət edib ki, federasiya motorların xarakteristikalarının bərabərləşdirilməsinə icazə versin, amma federasiya heç […]

Keçən ilin sonunda Renault komandası növbəti dəfə FİA-ya müraciət edib ki, federasiya motorların xarakteristikalarının bərabərləşdirilməsinə icazə versin, amma federasiya heç kimi qane etməyəcək variant təklif etmişdi. Komandalar bu məsələni öz aralarında həll edə bilərdilər, amma nəticədə təklif olundu ki, pis motorun xarakteristikaları artırılmasın, əksinə yaxşı motorun xarakteristikaları azaldılsın – bu isə Formula1-in ənənələrinə ziddir, ona görə də məsələ həll olunmamış qalmışdı. Amma Renault problemə başqa yöndən yanaşıb…

Bu dəfə fransalı motor ustaları FİA-ya müraciət ediblər ki, motorun etibarlılığını artırmaq və dəyərini azaltmaq üçün motorun müəyyən elementlərini təkmilləşdirməyə icazə vesin – bu cür dəyişikliklər mümkündür, nəticədə isə motorun gücünü bir qədər artırmaq olur. Renault nəzərdə tutduğu tədbirlərin siyahısını hazırlayıb, federasiyanın texniki xidmətləri bu tədbirləri müzakirə ediblər – bəzi tədbirlərə icazə verilməsə də (məsələn, qənaətcilliyi artıran tədbirlərə), bir çox tədbirlərə federasiya icazə verib.

Renault motorunu təkmilləşdirdikdən sonra FİA motoru təftiş edəcək və nümunə kimi birini qəbul edəcək, Renault və Red Bull komandaları məhz bu nümunəyə uyğun motordan mövsümün gedişində istifadə edəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*