Renault da təqdimat tarixini açıqlayıb

Renault komandası 2020-ci il bolidinin təqdimat tarixini açıqlayıb.

F-1.az bildirir ki, Fransa təmsilçisi yeni bolidini fevralın 12-də təqdim edəcək. Renault keçən ilə podium və qələbə iddiası ilə başlasa da, ən yaxşı nəticələri İtaliya yarışındakı 4-cülük olmuş və Mühəndislər Kubokunda 5-ci yeri tutmuşdular.

Beləliklə, dörd komanda təqdimat tarixini açıqlamış oldu. Ferrari, McLaren və Alfa Tauri müfaviq olaraq fevralın 11-i, 13-ü və 14-ü təqdimat edəcəklər. Bəzi iddialara əsasən Red Bull fevralın 13-ü, Haas isə 19-u yeni bolidlərini ictimaiyyətə təqdim edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*