25 May 2019, Şənbə - 07:54

Renault B.Sennanı testlərə çağırmağa hazırdır

Renault B.Sennanı testlərə çağırmağa hazırdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:01 - 22 Oktyabr, 2009

Bruno Senna artıq bu il öz gücünü Renault-nun sükanı arxasında sınaya bilər. Britaniyanın Autosport saytına komanda rəhbərliyinin naməlum nümayəndəsi bildirib […]

Bruno Senna artıq bu il öz gücünü Renault-nun sükanı arxasında sınaya bilər. Britaniyanın Autosport saytına komanda rəhbərliyinin naməlum nümayəndəsi bildirib ki, Renault komandası Senna ilə mövsüm başa çatdıqdan sonra keçiriləcək testlərdən birində iştirak etməsi barədə danışıqlar aparır. Artıq məlumdur ki, testlərdə Renault-nun rəsmi ehtiyat pilotu Lukas di Qrassi də işləyəcək.

Amma Senna eyni zamanda yeni Campos və manor komandaları ilə də danışıqları davam etdirir, amma bu halda söhbət gələn mövsüm üçün tam müqavilədən gedir.

Bruno Senna: “Perspektiv pis görünmür. Mən çox yaxşı formadayam. Biz bir neçə komanda ilə əlaqə saxlayırıq və hər şey yaxşı gedir. Yeni komandaalrın gəlişi gənc sürücülər üçün yeni imkanlar açır.

Biz yeni komandaların US F!-dən başqa hamısı ilə danışıqlar aparırırq, hələ üstəlik bəzi hazırkı komandalarla da. Amma yeni komandalarla razılaşmaq şansımız daha yüksəkdir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 182
Teqlər
Paylaş

logo