Pirelli növbəti yarışların təkər dəstlərini açıqlayıb

Növbəti 4 yarışın təkər tərkibləri məlum olub

Çempionatın yeganə təkər təchizatçısı Pirelli şirkəti qarşıdakı dörd yarışa təkər tərkib seçimini elan edib: İmola və Mayamidə sürücülərə orta üçlük, Barselonada bərk üçlük və Monakoda isə ənənəvi yumşaq üçlük təqdim olunacaq.

Xatırladaq ki, hər yarış üçün seçilən 3 tərkib Hard – Medium – Soft adlanmaqla müvafiq olaraq Ağ – Sarı – Qırmızı rənglərlə işarələnir. Sürücülərin hər birində 2 dəst Hard, 3 dəst Medium və 8 dəst Soft tərkibi olur. 

Soft sıralanma turu üçün nəzərdə tutulub, yarış üçün sürücülərdə ən azı bir dəst Hard və Medium olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*