14 Dekabr 2019, Şənbə - 20:12

Red Bull testlərə ciddi yenilənmiş maşınla başlayıb

Red Bull testlərə ciddi yenilənmiş maşınla başlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:51 - 07 Mart, 2012

Hələ mövsümöncəsi testlər başlamamış hamı gözləyirdi ki, bu dəfə Ədrian Nyui rəqiblərini nə ilə təəccübləndirəcək, amma çempion komanda trasa konservativ […]

Hələ mövsümöncəsi testlər başlamamış hamı gözləyirdi ki, bu dəfə Ədrian Nyui rəqiblərini nə ilə təəccübləndirəcək, amma çempion komanda trasa konservativ maşınla çıxmışdı. Sistemlərin etibarlı və effektiv işləməsinə əmin olduqdan sonra komanda bu gün Barselonada tam yenilənmiş maşınla trasa çıxıb və trasda olan texniki ekspertlər doğrudan da təəccübləniblər.

Formula1 komandalarının keçmiş konstruktoru olan Qəri Anderson öz Twitter-ində yazıb ki, “dünənlə müqayisədə bu tam yeni maşındır.”

Komanda motorun üzərindəki qapağı dəyişib, qazburaxma sisteminin konfiqurasiyası ciddi yenilənib və antiqanadların konfiqurasiyasında yeniliklər görünür. Yeniliklərin nə dərəcədə effektiv olmasını demək hələlik çətindir, çox güman ki, yaxın iki gün ərzində biz yeni maşının potensialını görəcəyik.

Bu gün McLaren və Ferrari komandaları də qismən yenilənmiş maşınlarla işləyəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 307
Teqlər
Paylaş

logo