Red Bull L.Həmiltonu ələ keçirməyə cəhd eləmir

Kirstian Hornerin dediyinə görə, Red Bull komandası Lyuis Həmiltonu ələ keçirməyə cəhd eləmir – istisna deyil ki, Lyuis son illər […]

Kirstian Hornerin dediyinə görə, Red Bull komandası Lyuis Həmiltonu ələ keçirməyə cəhd eləmir – istisna deyil ki, Lyuis son illər yaxşı maşın hazırlamayan komandasından narazı ola bilər.

Başa çatmış mövsümöncəsi testlər göstərdi ki, yeni McLaren MP4-26-a sürət çatmır və KİV artıq britaniyalı sürücünün digər komandaların təkliflərini nəzərdən keçirməsi haqqında məlumatlar yayır.

Həmiltonun McLaren-lə müqaviləsi 2012-ci ilin sonunda başa çatır və məhz bu günlərdə Lyuisin ictimaiyyətə yeni meneceri Saymon Fulleri təqdim etməsi, sürücünün karyerasını davam etdirməyin optimal variantları üzərində ciddi düşünməsindən xəbər verir.

Ekspertlərin fikrincə, Lyuis Red Bull-da Sebastyan Fettelin komanda yoldaşı ola bilər, amma bunun üçün Mark Uebber komandanı tərk etməlidir.

Amma Kristian Horner bildirib ki, komanda keçmiş dünya çempionuna maraq göstərmir…

Kristian Horner: “Lyuis keçmiş çempiondur və əla sürücüdür, Formula1-də ən yaxşı sürücülərdən biridir. Güman etmək olar ki, daha bir uğursuz mövsüm keçirməsi perspektivi onu qane etmir. Amma bu o demək deyil ki, biz Həmiltonu komandaya dəvət etməyə hazırlaşırıq.

Biz hazırkı sürücülərimizin hər ikisindən də razıyıq, amma mənə elə gəlir ki, bu sualı hər şeydən əvvəl Lyuisə ünvanlamaq lazımdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*