Red Bull komandası İnfiniti motorlarını alacaq

Biz hələ yanvar ayında yazmışdıq ki, Red Bull komandasının istifadə etdiyi Renault motorları İnfiniti brendinin adını ala bilər, amma o […]

Biz hələ yanvar ayında yazmışdıq ki, Red Bull komandasının istifadə etdiyi Renault motorları İnfiniti brendinin adını ala bilər, amma o zaman söhbət 2012-ci ildən gedirdi.

BBC xəbər verir ki, addəyişmə artıq bu mövsüm baş verəcək – Red Bull maşınlarında Renault motorları ən yaxşı brendin adını daşıyacaq, pulsuz veriləcək – nəticədə komanda 8 milyon Avro qənaət edəcək (illik büdcənin 5%-i).

Sövdələşmənin təfərrüatı hələ məlum deyil, rəsmi bəyanat Cenevrə avtosalonunda martın 1-də gözlənilir…