21 Sentyabr 2019, Şənbə - 06:55

R.Braun öz səhmlərini sata bilər

R.Braun öz səhmlərini sata bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:22 - 03 Fevral, 2011

Almaniyanın mötəbər Auto Motor und Sport jurnalının bildirdiyinə görə, Mercedes GP komandasının başçısı Ross Braun alman komandanın ona məxsus olan […]

Almaniyanın mötəbər Auto Motor und Sport jurnalının bildirdiyinə görə, Mercedes GP komandasının başçısı Ross Braun alman komandanın ona məxsus olan səhmlərini çempionatın startına qədər sata bilər.

2009-cu ildə Honda komandasını eyniadlı şirkətdən almış Braun və onun beş şərikinə (Nik Fray, Naycel Kerri, Kərolayn MakQrori, Con Mərsden və Qordon Bleyr) hazırda Mercedes GP komandasının səhmlərinin 24.9%-i məxsusdur. Səhmlərin nəzarət paketi Almaniyanın Daimler avtokonserninə (45.1%) və ərəblərin Aabar fonduna (30%) məxsusdur, qeyd edək, ərəblər Daimler-in özünün 9.1% səhmlərinə də sahibdirlər.

İndi alman avtokonserni Abu Dabidən olan tərəfdaşı ilə birlikdə komandanın yeganə sahibi olmaq istəyr ki, qərarların qəbulunda digər səhmdarlardan asılı olmasın. Məsələnin maliyyə tərəfi açıqlanmasa da, xatırladaq ki, keçən il Daimler-Aabar alyansı səhmlərin 75.1%-i 100 milyon Avroya almışdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 266
Teqlər
Paylaş

logo