15 Oktyabr 2019, Çərşənbə axşamı - 00:33

Belçika-2017: Mətbuat konfranslarının cədvəli

Belçika-2017: Mətbuat konfranslarının cədvəli

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:02 - 23 Avqust, 2017

Belçika Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Esteban Okon (Force İndia), Stoffel Vandorn (McLaren) və Maks Ferstappen (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Valtteri Bottas (Mercedes AMG), Felipe Massa (Williams) və Kimi Rəykkönen (Ferrari) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Siril Abitebul (Renault), Kristian Horner (Red Bull) və Günter Ştayner (Haas), sonra isə Zek Braun (McLaren), Yusuke Haseqava (Honda) və Frants Tost (Toro Rosso) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 375
Teqlər , ,
Paylaş

logo