R.Braun: “Biz pressinqi minimuma endirməyə çalışırıq”

Çempionatın sonuna iki yarış qalmış Brawn GP komandasının hər iki sürücüsü titula namizəddir, konflikt hallar çox mümkündür, amma komandanın başçısı […]

Çempionatın sonuna iki yarış qalmış Brawn GP komandasının hər iki sürücüsü titula namizəddir, konflikt hallar çox mümkündür, amma komandanın başçısı Ross Braun hesab edir ki, vəziyyəti nəzarət altında saxlamaq mümkün olacaq…

Ross Braun: “Biz pressinqi minimuma endirməyə çalışırıq. Titul uğrunda mübarizənin neqativ nəticələr verməməsinə əmin olmaq vacibdir, belə hallar üzə çıxarsa, gərginliyi dəf etmək lazımdır.

Biz hər bir şeyi edirik, mövsümün əvvəlində olduğu kimi. Qüvvələr nisbəti bir neçə dəfə dəyişib, yüksəlmələr də olub, enmələr də, biz düşünürdük ki, Red Bull maşınları bəzi traslarda sürətli olacaqlar, amma bu belə olmurdu, hesab edirdik ki, bəzi traslarda bizim üstünlüyümüz olacaq, amma bu da baş vermirdi. Son iki yarışda vəziyyətin necə olmasını əvvəlcədən söyləmək çətindir, yarışların hər ikisi unikaldır, komandaların hamısı güclü ola bilər.

Bir çox komandalar artıq gələn mövsümə hazırlığa başlayıblar, biz də əmin olmalıyıq ki, yeni maşın üzərində iş lazımi qaydada gedir. Düzdür, çempionatı ciddi dəyişikliklər gözləmir – yanacaq bakının həcmi artacaq, təkərlərin ölçüləri dəyişəcək, amma bütün aerodinamik elementlər bu il olduğu kimi qalacaq.

Biz bilirik ki, bu il nəyə nail olmuşuq və gələn mövsümdə nəyə ümid edə bilərik. Bizim biznesdə yaxşı nəticələr motivasiyaya kömək edir. indi biz bilirik ki, yarışda qələbə qazana bilərik, çempionat uğrunda mübarizə apara bilərik, bu əlavə stimul olacaq.

Mən bir çox füclü komandalarda işləmişəm, müqayisə edə bilərəm və deyə bilərəm ki, bizim komanda çox güclüdür. Bizim əla mütəxəssislər, kollektivimiz və komanda ruhumuz var. Keçən il biz gərgin işləmirdik və bu işin nəticəsi olmadı, amma indi vəziyyət dəyişib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*