R.Barrikellonun gələcəyi naməlumdur

Son üç yarışda iki qələbə qazanamsına baxmayaraq, Rubens Barrikellonun Formula1-də gələcəyi hələ də naməlumdur. Monsada inamlı qələbəsindən sonra o çempionatın […]

Son üç yarışda iki qələbə qazanamsına baxmayaraq, Rubens Barrikellonun Formula1-də gələcəyi hələ də naməlumdur. Monsada inamlı qələbəsindən sonra o çempionatın lideri və komanda yoldaşı censon Battondan geriqalmanı 14 xala qədər azaldıb. Amma Brawn GP komandasının icraçı direktoru Nik Fray Rubensin gələn il komandada qalmasını təsdiq etməyib..

Nik Fray: “Baxaq, görək nə olur. Hazırda biz bütün diqqətimizi mövsümün yerdə qalan yarışlarına cəmləmişik. Censon və Rubens öz işlərinin öhdəsindən əla gəlirlər, ona görə də təklif edirəm ki, hələlik bu mövzunu davam etdirməyək.”

İstisna deyil ki, Rubens Brawn GP-də qalacaq, xüsusən də mövsümün sonunu güclü keçirsə, amma Brəklidən olan komanda Niko Rosberq və Kimi Rəykkönen danışıqlar aparırlar, bu iki sürücüyə McLaren də maraq göstərir.

Bundan başqa sürücülər bazarında Robert Kubitsanın və Nik Haydfeldin dəyərləri yüksəkdir, hər iki sürücü BMW şirkətinin mövsümün sonunda çempionatı tərk etməsi ilə əlaqədar işsizdirlər.

Barrikellonun fikrincə, mövsümü istənilən halda uğurlu hesab etmək olar: “Biz yadda saxlamalıyıq ki, mövsümün əvvəlində mənim işim yox idi. Ona görə də mən hesab edirəm ki, bu il qələbə ilidir. Nə yanvarın 1-də, nə də fevralın 1-də mən hələ bilmirdim ki, yarışlarda iştirak edəcəm. Adama elə gəlir ki, bu dünən olub.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*