21 Yanvar 2019, Bazar ertəsi - 03:28

Liberty Media və London şəhərinin meriyası danışıqlara hazırdır

Liberty Media və London şəhərinin meriyası danışıqlara hazırdır

Müəllif: Elçin Zodorov, redaktor

14:15 - 21 Dekabr, 2018

Formula1-in və şəhərin rəhbərliyi Birləşmiş Krallığın paytaxtında yarışın keçirilməsinə yaşıl işıq yandırıblar.

F-1.az bildirir ki, Londonun Formula1-ə ev sahibliyi etməsi məsələsi son 10 ildə müzakirə mövzusu olub. Hətta gecə yarışının layihəsi də təqdim olunub, lakin məsələ elə müzakirələrdə qalıb.

Ross Braun The Guardian-a müsahibəsində deyib: “London idman ənənələri olan şəhərdir. Lakin biz buranın Silverstounun əvəzləyicisi yox, ölkədəki ikinci yarış olmasını istərdik. Baxaq görək, nə etmək mümkündür.

London əhalisi şəhərin mərkəzini bir həftə zəbt edəcəyimizdən narahat olmamalıdır. Yarış şəhərin bir qədər kənarında təşkil oluna bilər – məsələn, Böyük Londonda”.

Qeyd edək ki, bu həftənin əvvəllərində London merinin rəsmi təmsilçisi Sadiq Xan bildirib: “Bələdiyyə sədri gələcəkdə Londonda yarışın keçirilməsinin mümkün olduğunu düşünür və komandasına Formula1 rəhbərliyi ilə birlikdə variantları gözdən keçirməyi tapşırıb”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 238
Teqlər
Paylaş

logo