R.Barrikello: “Sıralanma turundan ləzzət aldım”

Sıralanma turundakı çətin vəziyyətə baxmayaraq, yekunda sürücülərin tutduqları yerlər təxminən çempionatdakı yerlərinə uyğun gəldi – çempionatın iki ən güclü komandası […]

Sıralanma turundakı çətin vəziyyətə baxmayaraq, yekunda sürücülərin tutduqları yerlər təxminən çempionatdakı yerlərinə uyğun gəldi – çempionatın iki ən güclü komandası ilk dörd yeri öz arasında bölüşdürüb. Komandaların ikinci sürücüləri ilk start cərgəsində, lider sürücüləri isə ikinci start cərgəsində yer alıblar. Rubens Barrikello yalnız Mark Uebberə uduzudğuna görə sabah yarışa ikinci yerdən başlayacaq…

Rubens Barrikello: “Sıralanma turundan ləzzət aldım, ikinci yerdən razıyam və sabah ilk cərgədən start alacam. İkinci sessiyada hiss etdim ki, trasın vəziyyəti sliklərdən istifadə olunmasına imkan verir, komandaya bildirdim ki, pitə gəlirəm, amma cavabı eşitmədim. Xoşbəxtlikdən boksa çatanda gördüm ki, komanda slikləri hazırlayıb. Bu düzgün qərar idi və sessiyanın sonunda rahatlandım. Sabah bizi çətin yarış gözləyir, biz havanın istənilən sürprizlərinə hazır olmalıyıq. Mən səbirsizliklə bu startı gözləyəcəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*