M.Krek: Bolidi son yarışa qədər təkmilləşdirəcəyik

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, 2022-ci il bolidlərinin inkişafını saxlamayacaqlar.

F-1.az xatırladır ki, britaniyalılar mövsümə iddialı başlasalar da, bəzi yarışlarda xal belə qazana bilməyiblər. “Yaşıllar” hazırda Mühəndislər Kubokunda 9-cu yerdə qərarlaşıblar.

Mayk Krek: “Hazırkı maşından imtina etmək çox asan olar, amma bu hal yeno bolidə fokuslanmaq kimi bəhanəni ortaya çıxara bilər. Bu da doğru deyil. Reqlamentdə böyük dəyişiklik olsaydı, bunu müzakirə edərdik, amma gələn il elə də ciddi dəyişiklik yoxdur.

Hər şey demək olar ki, eyni qalacaq. Buna görə də bolidi son yarışa qədər təkmilləşdirəcəyik. Bazada paralel iş gedir. Yeni bolidin üstündə bir qrup adam işləyir. İndiki maşın üzərində isə başqa qrup… Mövsümü 9-cu yerdə bağlamaq istəmirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*