Meksika yarışına daha çox azarkeş gələcək

Meksika QP-nin təşkilatçıları Motorsport.com saytına verdikləri açıqlamada bildiriblər ki, 2016-cı ildə yarışa baxmağa daha çox tamaşaçı gələcək...

F-1.az xatırladır ki, Meksika yarışı keçən il 23 illik fasilədən sonra Formula1 təqviminə qayıtmışdı. Keçən il Meksika QP-ni izləməyə 330 mindən çox azarkeş gəlmişdi və Silverstoun yarışından sonra ən çox tamaşaçının iştirak etdiyi ikinci yarış olmuşdu.

Alexandro Soberon, yarışın promouteri: “Keçən ilə görə çox razıyıq, amma bu il yarışa gələnlərin sayı bir az da artacaq.

Biletləri 3 həftədir ki, satışa çıxarmışıq və indidən biletlərin 81 faizi satılıbdır. Buna görə xoşbəxtik və bu statistikaya nəzər salsaq, görərik ki, bizi daha çox azarkeşin qatılacağı Meksika yarışı gözləyir”.

Soberon əlavə edib ki, Meksika mərhələsi ölkənin iqtisadiyyatına 232.8 milyon dollar qazanc gətirib: “Keçən il bizim üçün bir az çətin oldu, ancaq biz hamını təəccübləndirə bildik və buna görə də şadıq.

Bizim tədbirimiz digərlərindən fərqləndi. Xüsusən də stadionun trasa inteqrə olnması konsepti trasımızın fərqlənməsinə kömək etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*