D.Kvyat: “Sıralanma performansım utancvericidir”

Red Bull komandasının sürücüsü Daniil Kvyat sıralanma performansının utancverici olduğunu deyib...

F-1.az xatırladır ki, Daniil Kvyat Avtraliyada sıralanma turunun 1-ci seansında mübarizəni dayandırmışdı. Bəhreyndə isə ikinci seansa qalsa da, 15-ci yeri tutub və komanda yoldaşı Daniel Rikkardodan 1 saniyə geridə qalıb.

Daniil Kvyat: “Qəribə seans idi. Sürətimiz çatmır, bilmirəm, düzünü desəm, karyeramda ilk dəfədir ki, başıma belə iş gəlir. Bütün həftəsonu ərzində boliddən razı idim, amma sıralanma turunda çox geridə qaldım. Bu utancvericidir.

Sərbəst yürüşlər bizim üçün yaxşı keçmişdi və sıralanma turunda yaxşı nəticələr gözləyirdik, amma rahatlıqla keçə biləcəyimiz rəqiblərdən geridə qaldıq və 15-ci olduq. Bu heç də yaxşı deyil.

Mən Danieldən bir saniyə geridə qalan sürücü deyiləm. Bu mənim əsəblərimi pozur.

Hazırda hirslənmək daha asandır, amma hisslərimizə məğlub olmamalıyıq. Bəhanə gətirməkdənsə, problemi həll etmək daha yaxşıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*