A.Zaydl: Rikkardo sürətli idi

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, Rikkardo Meksikada əla yarışıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Meksika yarışına Medium təkərlərlə başlayıb və yarışın ikinci hissəsində Soft təkərləri götürüb. Bundan sonra “bal porsuğu” sözün əsl mənasında uçmağa başlayıb və bir neçə rəribini keçərək, yarışı 7-ci yerdə bitirib.

Andreas Zaydl: “Meksikada Daniel ilk dövrədən etibarən Lando qədər sürətli idi. Sıralanma turunda bəxti gətirmədi, çünki son sessiyanı az fərqlə qaçırdı. Buna baxmayaraq, sükan arxasında özünü yaxşı hiss edirdi və yarışın ikinci hissəsində Soft təkərlərə keçdi. Bunun hesabına rəqiblərini bir-bir ötməyə başladı. Alpine-dən çox xal qazandığımız üçün bu nəticə bizim üçün də vacib idi. 10 saniyəlik cəzaya baxmayaraq, yarışı yeddinci yerdə bitirdi.

Alpine-lə aramızda sadəcə 7 xal var. Yaşı maşınımız və sürücülərimiz var. Ümid edirəm ki, mövsümün sonunda dördüncülüyü biz alarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*