R.Barrikello: “Mən podiumla fəxr edirəm”

İkinci ildir ki ardıcıl olaraq Rubens Barrikello Britaniya Qran Prisində podiuma qalxır, düzdür, keçən illə müqayisədə bu il vəziyyət radikal […]

İkinci ildir ki ardıcıl olaraq Rubens Barrikello Britaniya Qran Prisində podiuma qalxır, düzdür, keçən illə müqayisədə bu il vəziyyət radikal dəyişib. Keçən il yalnız yağış və təkər dəyişiminin optimal vaxtı çox yavaş olan maşında podium qazanmağa imkan vermişdisə, bu il Rubens Mühəndislər Kubokunda liderlik edən maşının sükanı araxsında çıxış edir. Rubens finişdə bu uik-end aşkar üstünlüyə malik olan Red Bull sürücülərinə uduzub…

Rubens Barrikello: “Mən podiumla fəxr edirəm, finişdə üçüncü yer uğrunda ciddi mübarizə aparmalı oldum. Hələ dünən biz bilirdik ki, yarışda üçüncü yer bizim maksimum olacaq – soyuq asfaltda Red Bull-la mübarizə aparmaq çətindir, bu uik-end onlar başqa liqada çıxış edirdilər.

Yarışın ikinci hissəsini bərk təkərlərlə getməli oldum, çox çətin oldu, külək də mane olurdu, amma mən lazım olan hər şeyi etdim. Mənim məqsədim Censondan geriqalmanı azaltmaqdır və bu gün mən onu qabaqlaya bildim. Həkimlərə təşəkkür etmək istəyirəm, onlar bu uik-end onurğamdakı ağrıları unutmaqda mənə kömək ediblər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*