Eyni vaxtda Silverstounda Red Bull Racing komandası reklam çəkilişləri çərçivəsində öz payına düşən 200 kilometri qət edib. Bütün məsafəni RB22 bolidinin sükanı arxasında Ayzek Həcər qət edib. Onun komanda yoldaşı Maks Ferstappen trasda olmayıb, lakin dördqat dünya çempionu aprel ayında komandanın çəkiliş günündə iştirak etmişdi.
Cümə axşamı Maksın atası Yos Ferstappen və sürücünün meneceri Raymon Fermölen Amsterdamda Red Bull-un keçmiş müşaviri Helmut Marko ilə görüş keçiriblər. Onların nə barədə danışdıqları məlum deyil, lakin bu görüş Maks Ferstappenin mümkün gələcəyi barədə şayiələrin fonunda diqqətçəkəndir.





