FİA keçən il Sinqapur yarışındakı insidenti araşdırır

Keçən il Fernando Alonso Sinqapur yarışında qalib gəlməklə, mövsümdə ilk qələbəsini qazanmışdı. Yarışın həlleidici anı 14-cü dövrə olmuşdu – Nelsinyo […]

Keçən il Fernando Alonso Sinqapur yarışında qalib gəlməklə, mövsümdə ilk qələbəsini qazanmışdı. Yarışın həlleidici anı 14-cü dövrə olmuşdu – Nelsinyo Pike qəzaya uğramışdı, 15-ci yerdən start almış Fernando Alonso isə bir dövrə əvvəl yanacaq doldurduğuna görə rəqibləri üzərində üstünlük qazanmışdı. Yarışın finişindən sonra bir çoxları Pikenin qəzasının Alonso üçün maksimum sərfəli vaxtda baş verməsindən danışımışdı, amma o zaman komandaya qarşı iddia olmamışdı, indi isə deyəsən var…

FİA məlumatın mənbəyini bildirmir, amma şayiələr gəzir ki, Nelsinyo Pike komandadan qovulduqdan sonra belə bir araşdırmanın təşəbbüskarı ola bilər, federasiya bu gün rəsmən təsdiq edib ki, insidentin araşdırılmasına başlayır. Əgər araşdırılma zamanı idman prinsiplərinin pozulması üzə çxıarsa, komandanı yenidən Ümumdünya Şurasının iclasına çağıracaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*