R.Barrikello Massa ilə məsləhətləşəcək

Rubens Barrikello bildirib ki, Sinqapur Qran Prisində qələbə uğrunda mübarizə aparmaq fikrindədir və ona görə də Felipe Massa ilə məsləhətləşəcək. […]

Rubens Barrikello bildirib ki, Sinqapur Qran Prisində qələbə uğrunda mübarizə aparmaq fikrindədir və ona görə də Felipe Massa ilə məsləhətləşəcək. İtaliyanın Gazzetta dello Sport qəzetinə müsahibəsində Barrikello bildirib ki, Avropa Qran Prisi ərəfəsində o artıq həmyerlisi ilə məsləhətləşmişdi və nəticədə qələbə qazanmışdı…

Rubens Barrikello: “Bilirsiniz mən Sinqapura necə hazırlaşacam? Bir müddət Felipe Massanın yanında qalacam. Mən Valensiyadan əvvəl onun qonağı olmuşdum və Felipe mənə bu trası daha yaxşı necə keçmək barədə mənə məsləhətlər vermişdi, bu trasda o keçən il dominantlıq etmişdi. Mən də bu il qələbə qazandım. Sinqapurda da Massa sürətli olmuşdu, ona görə də yenə onun məsləhətlərinə ehtiyacım var.

Bu il mən Sinqapura hazırlıqlı gələcəm. Trasda bəzi döngələrin konfiqurasiyası dəyişib, yeni asfalt döşənib və bütün kələ-kötürlər itməlidir.”

Braziliyalı sürücü son üç yarışda iki qələbə qazanıb və çempionatın lideri Censon Battondan geriqalmanı 14 xala qədər azaldıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*