R.Barrikello Formula1-dən getməklə hədələyir?

Brawn GP-nin Barselonada dünənki triumfu Rubens Barrikellonun finişdən sonra hədə-qorxuları ilə tamamlanıb, braziliyalı sürücü Amerikanın Speed TV telekanalına müsahibəsində bildirib […]

Brawn GP-nin Barselonada dünənki triumfu Rubens Barrikellonun finişdən sonra hədə-qorxuları ilə tamamlanıb, braziliyalı sürücü Amerikanın Speed TV telekanalına müsahibəsində bildirib ki, əgər ona məlum olsa ki, komandada Censon Batton üçün daha əlverişli şərait yaradılır, o Formula1-i tərk edəcək. Braziliyalı sürücü yarışda əla start almışdı, ilk pit-stopa kimi 19 dövrə liderlik etmişdi, amma ondan bir dövrə əvvəl pitə girmiş Censon üçün yarışın strategiyası dəyişdirildiyindən Rubens yarışı yalnız ikinci yerdə başa vura bilmişdi. Belə bir strategiya Barrikello üçün tam gözlənilməz olub və o hesab edir ki, komanda haqsız yerə onu qələbədən mərhum edib…

Rubens Barrikello: “Mən dəqiq aydınlaşdırmalıyam ki, nə baş verib və əgər kişik bir şübhəm olsa ki, komanda Censon üçün oynayır, onda mən şlemimi mismardan asacam. Təəssüf ki, artıq cibimdə olan ilk qələbəmi əldən verdim. Mən yaxşı start aldım, Censonu qabaqlayaraq ilk döngəyə birinci girdim. Hər şey uğurla gedirdi. Mənə deyəndə ki, Censonu üç pit-stopdan iki pit-stopa keçiriblər mən çox təəccübləndim.”

Barrikellodan birbaşa soruşublar ki, vaxtilə Ferrari-də Mixael Şumaherin komanda yoldaşı olarkən qarşılaşdığı hala düşməkdən ehtiyat etmirmi, axı o zaman da yarışın taktika və strategiyasını məhz Ross Braun seçirdi?

Rubens Barrikello: “Mənim artıq belə bir təcrübəm olub. Amma əgər bu bir daha təkrar olunarsa, mən komandanın əmrlərinə tabe olmayacam. Mən bunu açıq elan edirəm. Amma Brawn GP-də atmosfer daha yaxşıdır. Əlbəttə, mən ağlamaq və gileylənmək istəmirəm, amma Barselonada mən qalib gələ bilərdim, amma bu olmadı.”

Lakin komandanın başçısı Ross Braun qəti bildirib ki, Censon dünən heç bir üstünlük qazanmayıb: “Tektikanın dəyişdirilməsi qərarını mən qəbul etdim. Mühəndislər və sürücülər məlumatları ötürürlər, öz məsləhətlərini verirlər, amma qərarı mən qəbul edirəm və komanda bu qərarı yaxşı və pis olmasından asılı olmayaraq yerinə yetirir. Əgər Rubensin üçüncü təkər dəstində problemlər yaranmasa idi, o həqiqətən qələbəyə çox yaxın idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*