S.Fettel: “İşıqlar gec söndü”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel səhvini qəbul edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa pouldan başlasa da, tez start alıb və cüzi hərəkət edib və yenidən dayanmaq məcburiyyətində qalıb. Buna görə də üçüncü yerdəm start alan Bottas rəqibi Fetteli qabaqlayıb.

Sebastyan Fettel: “Qırmızı işıqlar uzun müddət yanılı qaldı, amma mənim səhvimdir. Buna görə də vaxt itirdim. Çox pis start idi. Daha sonra isə Bottasa çatmaq çətin idi, çünki Mercedes çox sürətli idi. Valtteri uçurdu. Lyuis tək pit-stoplu strategiya seçsə də, işləmədi. Bilirdim ki, pitə getsə, arxamda qayıdacaq. Buna görə də təkərləri nəzarətdə saxlayırdım. Çətin gün olsa da, ikinci yeri tuta bildik.

Startdan sonra hər şey qaydasında idi. Pozitiv gün idi. Poul qazanıb ikinci olmaq yaxşı nəticədir. Şarla nə oldu bilmirəm. O da olsa, iki maşınla mübarizə apara bilərdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*