Monako-2022: İkinci sərbəst yürüşlər

Alfa Romeo Bottasın, Haas isə Şumaxerin maşınındakı nasazlığı aradan qaldırıb - finlandiyalı sürücü ilk məşqləri buraxmalı olmuş, Mik isə proqramını tamamlaya bilməmişdi.

F-1.az bildirir ki, bu dəfə də Çjou problemlərə görə ilk 20 dəqiqəni boksda keçirməli olub. Ötən həftədən etibarən boğaz ağrısından şikayətlənən Norrisin səsi tam tutulub. Sessiya boyunca komanda ilə çox əlaqə saxlaya bilməsə də, proqramını tam yerinə yetirib.

Sürücülər yenə təkərlərin nə dərəcədə aşınmasını yoxlamaq istəyiblər, lakin olduqca isti hava buna mane olub. Sessiyanın ortasında bir çoxları Soft təkərlərə keçərək sıralanma turuna hazırlaşsa da, sonra yenidən Medium-lara qayıdıblar.

Məşqlər 15-ci dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Rikkardo 14-cü döngədə qəza edib və maşının asılqanı qırılıb. Daniel özü kokpiti tərk edib, maşın dərhal təxliyə olunub və sürücülər yenidən trasa qayıdıblar. Peres maşının sol güzgüsünü zədələyib, lakin yoluna davam edib. Stroll və Norris ilk döngədəki, Həmilton isə 5-ci döngədəki təhlükəsizlik cibinə giriblər. Norris, Peres və Rassell trasın müxtəlif yerlərində maneələrlə təmas ediblər.

Şarl Lekler 1:12.656-lıq dövrə ilə yenə də protokollara başçılıq edib. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:12.656 30
2 55 Karlos Sayns Ferrari 1:12.700 + 0:00.044 32
3 11 Serxio Peres Red Bull 1:13.035 + 0:00.379 31
4 1 Maks Ferstappen Red Bull 1:13.103 + 0:00.447 33
5 4 Lando Norris McLaren 1:13.294 + 0:00.638 24
6 63 Corc Rassell Mercedes 1:13.406 + 0:00.750 31
7 10 Pyer Qasli AlphaTauri 1:13.636 + 0:00.980 32
8 14 Fernando Alonso Alpine 1:13.912 + 0:01.256 31
9 5 Sebastyan Fettel Aston Martin 1:14.059 + 0:01.403 31
10 22 Yuki Tsunoda AlphaTauri 1:14.134 + 0:01.478 27
11 20 Kevin Maqnussen Haas 1:14.239 + 0:01.583 31
12 44 Lyuis Həmilton Mercedes 1:14.267 + 0:01.611 29
13 77 Valtteri Bottas Alfa Romeo 1:14.468 + 0:01.812 28
14 23 Aleksander Elbon Williams 1:14.486 + 0:01.830 33
15 24 Quanyu Çjou Alfa Romeo 1:14.525 + 0:01.869 23
16 18 Ləns Stroll Aston Martin 1:14.623 + 0:01.967 29
17 47 Mik Şumaxer Haas 1:14.894 + 0:02.238 32
18 31 Esteban Okon Alpine 1:15.216 + 0:02.560 33
19 6 Nikolas Latifi Williams 1:16.276 + 0:03.620 33
20 3 Daniel Rikkardo McLaren 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*